ABŞ-nın asteroid təlimi

ABŞ-nın asteroid təlimi

Amerika Birləşmiş Ştatları höküməti Yer planeti ilə toqquşmaq ehtimalı olan asteroiddən qorunmaq üçün kütləvi təhlükəsizlik təlimlərinin planının hazır olduğu bildirib.

Dövlət məmurları Los Angeles əhalisinin kütləvi evakuasiyasını həyata keçirilməsi və lazımi tədbirlərin yerinə yetirilməsi planının hazır etdiklərini bildiriblər.

NASA-nın və FEMA-nın təşəbbüsü ilə həyata keçirilən və keçiriləcək təlimlər, gələcəkdə baş verəcək faciəvi hadisələrin qarşını az da olsa alınması nəzərdə tutulur. Bu barədə NASA-nın (Milli Aeronavtika və Kosmos İdarəsi) Mətbuat katibliyi bildirib.

Artıq təlimlər Kaliforniya ştatının El-Sequndo şəhərində 25 oktyabrda keçirildiyi və gələcək təlimlərin də Kaliforniya ştatında keçiriləcəyi bildirilib.

Kanada alimləri bəşəriyyatın ölüm tarixini hesablayıblar. Alimlərin ssenarisinə əsasən 20 sentyabr 2020-ci ildə planetimizə doğru təxminən 100×250/metr diametrində asteroidin yaxınlaşacağı bildirilir və toqquşma ehtimalı 2% olduğu bildirilir. Lakin dəqiq məlumat 2017-ci ilin noyabr ayında dəqiqləşəcəyi bildirilir. Toqquşmanın qaçılmaz olduğu dəqiqləşdirilərsə, Asteroid Kaliforniyanın cənub hissəsinə yaxud Sakit okeanın sahilinin yaxın bir hissəsinə düşəcəyi ehtimal olunur.

Əlbət ki, insanların ümudi Asteroidin Sakit okeana düşməsidir.
Lakin onu da nəzərə almaq lazımdır ki, Asteroidin Sakit okeanın sahilindən 50 km uzağa düşməsi belə Sunami fəlakətinə gətirib çıxarda bilər. Onu da bildirək ki, bu Asteroidin düşmə trayektoriyasından asılıdır.


Əvvəlki xəbər