ABŞ-ın 46-cı prezidenti demək olar ki, seçildi

ABŞ-ın 46-cı prezidenti demək olar ki, seçildi

Amerika KİV-i Demokratlar pariyasından prezidentliyə namizəd Co Baydenin qələbəsini elan edib.

ABŞ-ın aparıcı telekanalları CNN, NBC, Fox News və Associated Press agentliyi Baydenin lazım olan 270 səslə qalib olduğunu bildiriblər. Qeyd edilib ki, Bayden seçki marafonunda 273, Donald Tramp isə 213 səs toplaya bilib. Bayden, həmçinin, Nevadada da qalib olub.

Co Bayden özü də prezident seçkilərində qələbə qazandığını elan etsə də, Tramp “hələ seçkilər bitməyib” cavabını verib.

Qeyd edək ki, Kanadanın Baş Naziri Castin Trüdo, Almaniyanın Prezidenti Fran-Valter Ştaynmayer və kansler Angela Merkel, Böyük Britaniyanın Baş Naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Vladimir Zelenski, NATO-nin baş katibi Yens Stoltenberq, ABŞ-ın keçmiş prezidentləri Barak Obama, Bill Klinton və Cimmi Karter Co Baydeni qələbə münasibətilə təbrik ediblər.