9 aylıq hamilə qadını zorlayıb, daşla başını əzdilər

9 aylıq hamilə qadını zorlayıb, daşla başını əzdilər

Türkiyədə tükürpədici cinayət hadisəsi baş verib.

Ölkəsindəki savaşdan qaçaraq Türkiyəyə sığınan 9 aylıq hamilə suriyalı qadın zorlanıb və övladı ilə birlikdə qətlə yetirilib.

Hadisə Sakaryanın Kaynarca rayonunda baş verib. Emani Arrahman adlı hamilə qadın 10 aylıq uşağı ilə birlikdə qaçırılıb. Meşə sahəsinə aparılan qadına burada təcavüz edilib. Daha sonra oğlu ilə özünün başı daşla əzilərək öldürülüb.

Cinayətlə bağlı adı açıqlanmayan iki kişi yaxalanıb, onlar törətdidkləri əməli etiraf ediblər. Onlar qadının əri ilə birlikdə çalışdıqlarını, bir neçə gün öncə onunla mübahisə etdiklərini bildiriblər. Bundan sonra qisas məqsədilə gecə saatlarında suriyalı ailənin evinə hücum edib və ailəsini qaçırıblar.

Məlumata görə, bu gün qaçırılaraq qətlə yetirilən qadın doğuş üçün xəstəxanaya getməli idi.