“8 Noyabr” prospekti 10 kilometrə qədər uzadıldı

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakının “8 Noyabr” prospekti 10 kilometrə qədər uzadılıb.

AzerTimes-ın məlumatına görə, keçmiş adı “Nobel” prospekti olan “8 Noyabr” prospekti, Zığ şosesinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanıb.

Qeyd edək ki, bu prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib.

Teqlər: