76 vəzifəli şəxs 54,4 min manat məbləğində cərimələnib

Xəbər - Çingiz Səfərli – Trend:

Vətəndaş müraciətlərinə əsasən, Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən 6 qurumda zəruri araşdırmalar aparılıb.

AzerTimes xəbər verir ki, cəmi 43,9 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunaraq aparılmış yoxlamaların nəticələri üzrə tərtib edilən sənədlər müvafiq tədbirlər görülməsi üçün prokurorluq orqanlarına göndərilib.

Yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 76 nəfər vəzifəli şəxsə 54,4 min manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Ümumilikdə, 2021-ci ilin I yarısında aparılan bütün nəzarət tədbirləri ilə aşkar olunan 25.363,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1.477,4 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

Teqlər: