Bu gün keçirilən 2 matçdan paytaxt klubları qalib çıxdı

Bu gün keçirilən 2 matçdan paytaxt klubları qalib çıxdı

Bu gün (7 noyabr) futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

İlk oyun günündə iki görüş baş tutub.

Öncə “Keşlə” “Qəbələ”ni qəbul edib. Görüş bakılıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər oyunu “Səbail”lə “Sumqayıt” arasında baş tutub. Üç qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə bitib.

Turun digər oyunları sabah keçiriləcək. “Neftçi” “Qarabağ”ı, “Sabah” isə “Zirə”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası
9-cu tur
7 noyabr

“Keşlə” – “Qəbələ” 3:1
Qol: S.M.Kolli, 41. A.Məmmədov, 75-öz qapısına. S.Rodriqes, 90 – N.Raysel, 32.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev.
Xəbər - “ASK Arena”, 14:00.

“Səbail” – “Sumqayıt” 2:1

Qol: R.Əliyev, 42. A.Nağıyev, 77 – R.Sadıxov, 84-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Vüqar Həsənli.
Xəbər - “ASCO Arena”, 16:00