350 çeşiddə dolma eyni gündə bişirildi

350 çeşiddə dolma eyni gündə bişirildi

  2-ci Beynəlxalq dolma festivalında ən orijinal və ən dadlı dolmalar bişirənlər münsiflər heyəti tərəfindən mükafatlandırılıb. Ən maraqlı tarixi qeyri-adi dolma üzrə yarışda 1-ci yerin qalibi Xızıda şirin dolma, 2-ci yerə Şabran göbələk dolması və Şuşa çörək dolması, 3-cü yerə Zaqatala bağırsaq dolması, Qax qaya yarpağı dolması və Qazax limon dolması layiq görülüb.

Ən yaxşı rayon süfrəsi nominasiyasına Xaçmaz rayonu layiq görülüb. Ən çox çeşid nominasiyası üzrə 1-ci yeri Sumqayıt şəhəri, 2 -ci yeri Xaçmaz rayonu, 3-cü yeri isə Laçın rayonu tutub.

Ən maraqlı stend nominasiyasına 1-ci yeri Ukrayna, 2-ci yerləri İndoneziya və Koreya, 3-cü yerləri Meksika, Bolqarıstan və Özbəkistan qazanıb.