“3+3” formatının reallaşmasında ən mühüm rol yeni tikiləcək Naxçıvan dəhlizinə aiddir – Baş nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyev regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün yeni təşəbbüs – “3+3” formatını irəli sürüb. Bu təşəbbüsün reallaşmasında ən mühüm rol yeni tikiləcək Naxçıvan dəhlizinə aiddir.

AzerTimes-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumunda deyib.


Baş nazir bildirib ki, bu dəhliz Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin daha sürətli inkişafına imkan yaradacaq, həmçinin turizim sahəsində əlaqələrin inkişafına ciddi təkan verəcək.

Teqlər: