3 uşaq anası Meqan Foks ərindən boşanır

3 uşaq anası Meqan Foks ərindən boşanır

Aktrisa Meqan Foks aktyor Brayan Ostin Qrindən boşanır. Dəfələrlə ayrılmaqları ilə gündəmə gələn cütlük münasibətlərini bu dəfə rəsmi şəkildə bitirmək qərarına gəlib.

Qrin mətbuata açıqlamasında bir ildir evlilik dəyərlərinin məhv olduğunu deyib: “Meqan 2019-cu ildə film çəkilişinə getdi. 5 həftə sonra qayıtdı, özünü qəribə aparmağa başladı. Evlilik daxilindəki səmimiyyəti o vaxtdan bəri qura bilmədik. Bundan sonra 3 həftə keçdi, lakin aramızdakı bağlılığın yoxa çıxdığını hiss etdim. Ona mesaj yazdım ki, evliliyimiz barədə narahat oluram. Cavab verdi ki, sonra danışarıq”.

Aktyor xanımının repçi Məçin Gan Kelli ilə gizli sevgi yaşamaqları barədə yayılan dedi-qodulara münasibət bildirib: “Mənə dedi ki, film çəkilişi üçün evdən uzaq olduğu müddətdə özünü daha yaxşı hiss edib. Kədərləndim. Sonra eşitdim ki, Kelli adlı biri ilə tanış olub. Dost idilər, mənə çox yaxşı biri olduğunu deyirdi”.

Qeyd edək ki, cütlüyün bu nikahdan üç övladı var.