3 nəfər avtomobildə yandı

3 nəfər avtomobildə yandı

Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat toqquşması hadisəsi baş verib. Hadisə Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən İstiPress-ə verilən məlumata göə, “VAZ 2107” markalı avtomobil “KİA” markalı maşınla toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə zamanı “VAZ 2107” markalı avtomaşın alışaraq yanıb. Avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi də xilasedicilər tərəfindən çıxarılıb. Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Bakıda baş verən yol qəzasında yanaraq ölən şəxslərin kimliyi məlum olub. Yanaraq ölən şəxslərin avtomobilin sürücüsü – 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu, həmin avtomobildə olan sərnişinlər – 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu olduqları müəyyən edilib.