Sabah 42 dərəcə isti olacaq

Sabah 42 dərəcə isti olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 03-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 32-37° isti, Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°,
Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yağmursuz hava şəraiti gözlənilir, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 14-19° isti, gündüz 26-31° isti olacağı gözlənilir.