3-cü qızıl medalı əldə etdik

3-cü qızıl medalı əldə etdik

Bu gün (mayın 13-də) “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında Azərbaycanın aktivinə daha bir – 3-cü qızıl medal əlavə olub. Cüdoçumuz Orxan Səfərov IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasını izləyiblər.

Yarışda 60 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Orxan Səfərov türkiyəli Bəkir Özlünü 2:1 hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Azərbaycan idmançısı finala gedən yolda əvvəlcə yəmənli Ali Xousrof üzərində inamlı qələbə qazanıb. O.Səfərov yarımfinalda qırğızıstanlı Otar Bestayevə qalib gəlib.

Artrıq cüdoçularımız İslamiadada 2 qızıl, 1 gümüş medal qazanıblar.

Qeyd edək ki, cüdo yarışları mayın 13-16-da Heydər Əliyev adına Bakı İdman Sarayında keçiriləcək.