Bu gündən havada kəskin istilər başlayır

Bu gündən havada kəskin istilər başlayır

Bu gündən ölkə ərazisində hava şəraiti dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 28-29-da havanın maksimal temperaturunun 34-39 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 28-dən ayın sonunadək hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacaq. Qərb küləyi əsəcək, iyulun 29-u gündüzdən iyulun 31-dək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Paytaxtda və yarımadada bu gün hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 28-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.