25-ci polis şöbəsinə qonaq olduq

25-ci polis şöbəsinə qonaq olduq

“Uzun müddətdir ki, asayişimizdə duran polis nəfərləri haqqında həm xoş, həm də narazılıq duyulan məktublar alırdıq.
Dünən polis şöbələrinin birində qonaq oldum. Və bununla da polislərimizin necə işləmələri barədə əyani məlumat almış oldum.

Bəzilərinə təəccüblü gəlsə də, xırda narazılıq səbəbindən şöbədə olmağıma baxmayaraq, mənə qarşı dostyana davranış gördüm və zərrə qədər kobudluq göstərilmədi.
Hətta orada olan müddətdə əməkdaşların necə operativ çalışdığının da şahidi oldum. Həmçinin bu zamanda oraya gətirilən restoran inzibatçısından restoranda pandemiya şərti qaydalarının pozulmasına görə rüşvət deyil, məhz qanuni cəriməsi tərtib edilərək ödədildi.

Yorğunluğunu hiss etdiyim, gecə saatlarınadək sakinləri qəbul edən Gündüz adlı təhqiqatçını da görmüş oldum.
Son təsərüatım bir çoxlarının fikirləşdiyi kimi olmadı. Və bu səmimiliyimə inana bilərsiniz.

Məqaləni oxuyacaq oxuyucuların nəzərinə bu məlumatları çatdırma səbəbim, qanun keşiyində duran və bizim təhlükəsizliyimizi təmin edən polislərə daha diqqətli olmağı və şikayət məktublarına cavab olaraq, polis adına layiq və zəhmətkeş polis əməkdaşlarının var olmalarını da xatırlatmaq istədim.”