24 sentyabr – hava proqnozu: Buludlu, dumanlı hava olacaq

24 sentyabr – hava proqnozu: Buludlu, dumanlı hava olacaq

Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.