22 iyula olan hava proqnozu: Külək əsəcək, yağış yağacaq

22 iyula olan hava proqnozu: Külək əsəcək, yağış yağacaq

Azərbaycanda sabaha (22 iyul) gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 22 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 28-31, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti təşkil edəcək. 22 iyulda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.