2022-ci ilin sonuna qədər hər bir insan peyvənd olunmalıdır – BMT Baş Assambleyasının sədri

2022-ci ilin sonuna qədər hər bir insan peyvənd olunmalıdır.

AzerTimes-ın məlumatına görə, bunu BMT Baş Assambleyasının yeni sədri Abdulla Şahid deyib.

A.Şahid bildirib: “2022-ci ilin sonuna qədər hər bir insanın peyvənd olunması məqsədimizə nail ola biləcəyimizdən əmin olmaq üçün BMT Baş Assambleyasının sədri kimi əlimdən gələn hər şeyi edəcəyəm”.

O, aparıcı mütəxəssisləri və dünya liderlərini dəvət etməklə gələn ilin əvvəlində peyvənd bərabərsizliyi ilə bağlı yüksək səviyyəli görüş təşkil etmək niyyətində olduğunu əlavə edib: “Hamı qorunmayana qədər təhlükəsizdə ola bilməyəcəyik”.