2020-ci ildə vəfat edən milyonçular – SİYAHI / FOTOLAR

“Forbes” jurnalı 2020-ci ildə vəfat edən milyonçuların siyahısını təqdim edib.
AzerTimes xarici mətbuata istinadla xəbər verir ki, siyahıda ilk yerdə avqustda vəfat edən milyonçu Sumner Redstone qərarlaşıb.
Onun gəliri 2 milyard 600 milyon dollar təşkil edir. 97 yaşında dünyasını dəyişən Redstounun şirkətləri arasında CBC və MTV adlı  televiziya kanalları da var.
İkinci yerdə 17 milyard 300 milyon dollar sərvəti olan Samsung şirkətinin rəhbəri Cənubi Koreyalı iş adamı Li Kun-hi var.
Üçüncü pillədə 82 yaşında dünyasını dəyişən milyonçu Cozef Safra yer alıb. Onun gəliri 23 milyard 600 milyon dolardır. O, dekabrda vəfat edib.

azertimes.az