Bəzi ünvanlarda su olmayacaq

Bəzi ünvanlarda su olmayacaq

Bu gün (19 iyun) paytaxt Bakının bəzi ünvanlarında su olmayacaq.  

“Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 11:00-dən 18:00-dək Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.