17-ci mərtəbədən özünü ataraq, intihar etdi

17-ci mərtəbədən özünü ataraq, intihar etdi

Bakıda naməlum kişi intihar edib. Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

25-30 yaşlarında naməlum kişi Mirəli Qaşqay küçəsi 36 ünvanında yerləşən binanın 17-ci mərtəbəsindən özünü atıb.

Hadisə yerində keçinən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.