11 yaşında milyonçu olan qız

11 yaşında milyonçu olan qız

Mikaila Ulmerin cəmi 11 yaşı var amma milyon dollarlıq bir şirkətin qurucusudur: Me & The Bees Lemonade.

Mikaila şirkətin yaranması haqqında bunları söyləyib:4 yaşım olanda ailəm məni uşaq iş dünyası yarışmasına qatılmaq və Austin Limonad gününə görə bir məhsul yaratmaq üçün təşviq etdi. Orada bir arı məni iki dəfə sancdı.

Sonra Cənubi Karolinanın Cameron şəhərində yaşayan nənəm Helen ailemizə, Flaxseed Lemonade üçün yaratdığı özəl reseptin yer aldığı 1940-cı illərin yemək kitablarını göndərdi.

Arı sancmalrına nifrət etmişdim. Məni çox qorxutmuşdular. Ancaq sonra qəribə bir şey oldu. Arılardan təsirləndim. Onlar haqqında və ekosistem üçün etdikləriylə əlaqədar hər şeyi öyrəndim və düşündüm ki, əgər bal arıçılarına kömək olan və nənəm Helen’in reseptindən istifadə edərək bir şey yaratsam necə olar?

Beləliklə Me & Bees Lemonade yarandı. Bu nənəmin kətan toxumu resepti və arılara qarşı yaranmış sevgimdən irəli gəlir. Bu limonadların tərkibinə yerli bal qatılır.

60 min dollar ilkin investisiya alan bu iş fikri Whole Foods Marketlə 11 milyon dollarlıq müqavilə imzalayıb. Me & The Bees-in 55 mağazada satışı həyata keçirilir.

Limonad satışı ile bal arılarını xilas etmək üçün mübarizə aparan yerli və qlobal təşkilatlara gəlirinin bir qismini bağışlayan Mikaila biznes tədbirlərində limonadları satır.