1 gecədə 20 nəfəri ildırım vurdu

1 gecədə 20 nəfəri ildırım vurdu

Hindistanda bir gecədə 20 nəfəri ildırım vurub.

Hadisə ötən gün Bihar ştatının 8 rayonunda baş verib.

İldırım güclü küləklə müşayiət edilib. Bəzi rayonlarda hətta evlərin divarları belə küləyin sürətindən dağılıb.

Ştatda küləyin sürəti saatda 70 km-ə çatıb. Qeyri-sabit hava şəraiti 23 nəfərin ölümünə səbəb olub.