Аzərbaycan Türkiyədən elektrik avadanlıqlarının idxalını azaldıb

Xəbər - Orxan Nəbiyev – Trend:

2021-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz azalaraq 9,079 milyon dollar təşkil edib.

Bu barədə AzerTimes-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2020-ci ilin yanvarı ilə müqayisədə 9,1 faiz artaraq 879,123 milyon dollar təşkil edib.


Hesabat dövründə Türkiyənin elektrik avadanlığı ixracının payı ümumi ixracın 6,6 faizini təşkil edib.

Son 12 ay ərzində (yanvar 2020-yanvar 2021) Türkiyə 11,126 milyard dollar məbləğində elektrik avadanlığı ixrac edib.